Dünya 15:48 01.03.2023

İran Almaniyanın iki diplomatını ölkədən qovdu

Çərşənbə günü Tehran iki iranlı diplomatın Almaniyadan çıxarılmasına cavab olaraq iki alman diplomatı ölkədən qovub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Spiegel” nəşri yazır.

İranın Xarici İşlər Nazirliyi iki alman diplomatın İranda "Almaniya hökumətinin daxili və hüquqi işlərinə qarışması" səbəbindən arzuolunmaz şəxs elan edildiyini açıqlayıb.

Bir həftə əvvəl Almaniya Xarici İşlər Nazirliyi İran səfirliyinin iki əməkdaşını İranda Almaniya və İran vətəndaşı Cəmşid Şarməhdə ölüm hökmü çıxardığına görə arzuolunmaz şəxs elan edib.

67 yaşlı fəal və proqram təminatı istehsalçısı İranda 2008-ci ildə ölümcül partlayışda günahlandırılan monarxist qruplaşmanın üzvü olduğuna görə məhkum edilib. Hökmdən Ali Məhkəməyə şikayət verilə bilər.

Xəbər verildiyi kimi, İran Aİ-nin son sanksiyalarına cavab olaraq, Avropa Parlamenti və milli parlamentlərin üzvləri də daxil olmaqla, 30-dan çox Qərb rəsmisi və təşkilatına qarşı sanksiyalar tətbiq edib. 

Nizami Bağırov