Dünya 13:31 12.08.2022

İran və Rusiya arasında yük uçuşları artıb

Ukrayna müharibəsi başlayandan bəri İranın Rusiyaya yük uçuşları artıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Haaretz” qəzeti dünya uçuş məlumatlarına istinad edərək yazıb.

"Haaretz” yazıb ki, aprel ayından bəri Moskvaya eniş edən SEPAH ilə əlaqəli uçuşların sayı əvvəlki ildəki 3 dəfədən 42-yə çatıb.

ABŞ Təhlükəsizlik Təşkilatının bildirdiyinə görə, buna səbəb çox güman ki, hərbi texnikanın, o cümlədən pilotsuz uçan aparatların və raket hissələrinin və digər hərbi texnika və sursatların göndərilməsidir.

Aydın