Dünya 22:46 30.11.2022

İran xalqı ABŞ-ın qələbəsini qeyd etdi - Hökumət qüvvələri müdaxilə etdi, 27 yaşlı gənc öldürüldü (VİDEO)

Dünya çempionatında İran millisinin ABŞ-a məğlub olması İranda sevnclə qarşılanıb. 

Qaynarinfo İrandakı mənbələrə istinadən xəbər verir ki, oyundan sonra ölkənin müxtəlif şəhərlərində sakinlər küçələrə axışıb. Onlar həm teokratik rejimə etirazlarını bildirib, həm də ABŞ-ın qələbəsini qeyd ediblər. 

Daha izdihamlı aksiyalar əsasən Ənzəli, Pave, Sənəndəc və Ramhormoz şəhərində qeydə alınıb. Aksiyalarda hakimiyyət əleyhinə sərt şüarlar səsləndirilib. Pavedə etiraxçılar isə birbaşa İrann ali rəhbəri Seyid Əli Xamneyini hədəf alıblar. Onlar aksiya boyu "Bu il Seyid Əli devriləcək” şüarını səsləndiriblər. Hökumət qüvvələri aksiyalıarı yatırmağa çalışsalar da, nəticəsi olmayıb.  

Ənzəlidə isə hökumət qüvvələrinin etirazçılara açdığı atəş nəticəsində bir nəfər dünyasını dəyişib. Mehran Səmak adlı həmin şəxsi 27 yaşı olub. Hökumət qüvvələri onun başına atəş açıblar. Mehran Səmak yerindəcə dünyasını dəyişib. 

Seyid