Dünya 17:56 10.02.2023

İranda Çin və Rusiyanı tənqid etmək qadağan olunub - Jurnalistə təzyiqlər edilir

İranlı jurnalist Məryəm Şükrani Çin və Rusiya haqqında tənqidlər səsləndirdiyi üçün təzyiqlərə məruz qalıb. 

Qaynarinfo xəbər verir ki, jurnalist Evin məhkəməsinə çağırılıb və ondan Çinlə Rusiya haqqındakı fikirlərini təkzib etmək tələb olub. Bu barədə Məryəm Şükrani özünün sosial media hesabında yazıb. 

"Deməli, Rusiya və Çin haqqında yazmaq qırmızı xəttə çevrilib”, deyə jurnalist bildirib.

Məryəm Şükrani "Şərq” qəzetinin əməkdaşıdır. O, həmçinin "Şəhvənd” qəzetində də məqalələrlə çıxış edir. Əsasən iqtisadi mövzuda yazır. Jurnalist ötən ilin sonlarında rejim əleyhinə təbliğat ittihamı ilə prokruroluğa çağırılmış, sonradan girov müqabilində sərbəst buraxılmışdı. 

"Məni Evin prokurorluğuna çağırıb rejim əleyhinə təbliğatda ittiham ediblər. Hələlik girov müqabilində azadam”, deyə o, həmin vaxt sosial media hesabında yazmışdı.

Seyid