Dünya 17:46 23.02.2023

İranda nazirin olduğu helikopter qəzaya uğradı: Ölən və yaralananlar var

İranın gənclər və idman naziri Həmid Saccadinin göyərtəsində olduğu helikopter qəzaya uğrayıb.

Qaynarinfo yerli KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün Kerman əyalətinin Baft şəhərində baş verib.

Seyid Həmid Səccadinin vəziyyəti stabildir və xəstəxanaya yerləşdirilib. Nazirin müşaviri hadisə nəticəsində həlak olub, 12 nəfər isə yaralanıb.