Dünya 13:29 13.07.2022

İrandan inanılmaz fənd: İnternetə çıxışı əngəlləmək üçün bunu etdilər

"Uşaq kilidi”nin tətbiqi ilə İran daxilində istifadəçilərin axtarış sistemlərinə çıxışı məhdudlaşdırılıb.

Qaynarınfo bu barədə "Indipendent"in fars bölməsinə istinadən xəbər verir.

Kiber Məkan Ali Şurası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə yerli brauzerlərin işə salınmasını gündəmə gətirməyi tapşırdığı gün iranlı istifadəçilərin ən çox istifadə olunan iki axtarış motoru olan Google və Bing-ə çıxışı məhdudlaşdırılıb və "uşaq kilidi" rejimində yerləşdirilir.

"Uşaq kilidi” uşaqları qorumaq üçün nəzərdə tutulur ki, azyaşlı istifadəçilərin bütün sözləri axtarmasına icazə verilməsin və kiber məkana daxil olmaq üçün bəzi məhdudiyyətlərlə üzləşsin.

İran daxilində istifadəçilər üçün Google və Bing axtarış parametrlərinin dəyişdirilməsi sosial mediada çoxlu reaksiyalara səbəb olub və bir çoxları bunu hökumətin internet mühitini "qoruma” planının daha bir bəndinin həyata keçirilməsi kimi qiymətləndiriblər.

Vurğulanır ki, iyulun 12-də İbrahim Rəisinin sədrliyi ilə Kiberməkanın Ali Şurasının iclası keçirilib və bu iclasın qərarlarından biri də daxili brauzerlərin işə salınması olub.

İran İslam Respublikasının səlahiyyətliləri daha əvvəl iddia etmişdilər ki, internetdə "uşaq kilidi” kimi şeylər uşaqlar üçün təhlükəsiz məkan yaratmaq məqsədi ilə həyata keçirilir, lakin dəlillər göstərir ki, bu planın gizli məqsədi uşaqları qorumaq yox, böyüklərin internetə çıxışını məhdudlaşdırmaqdır.

Ekspertlərin dediyinə görə, sinif internet planının həyata keçirilməsi ilə cəmiyyətin müxtəlif qruplarının internetə çıxışı şərti və məhdud olacaq.

Aydın