Dünya 16:41 18.06.2022

İranın Natanz nüvə obyektləri yer altına köçürülür

İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi Natanz yeraltı tunelləri ilə bağlı "New York Times" xəbərinə reaksiya verib.

Qaynarinfo bu barədə "Indipendent"ə istinadən xəbər verir.

Behruz Kamalvəndi "New York Times” qəzetinin Natanz dağlarında İranın nüvə proqramı üçün tikilməkdə olan tunel şəbəkəsilə bağlı son xəbərinə cavab olaraq deyib: 

"Biz bu tunellərin tikilməsini və Nətənz nüvə təsisatının həmin tunellərə və digər yeraltı məkanlara köçürülməsini Beynalxalq Atom Agantliyinə öncədən bildirmışdik".

"New York Times”ın qəzeti cümə axşamı yazıb ki, ABŞ və İsrail rəsmiləri Natanz dağlarında uranın zənginləşdirməsi obyektlərin yaxınlığında geniş tunel şəbəkəsi tikilməsi barədə xəbərdardır.

İranın Atom Enerjisi Təşkilatının sözçüsü cümə günü Milli Təhlükəsizlik Şurasına yaxın olan "Nornews" internet saytına müsahibəsində nüvə obyektlərinin qazılmış tunellərə köçürülməsini bildirib və deyib ki, "düşmənin mümkün əməliyyatlarına qarşı müdafiəni artırmaq məqsədilə" Natanz nüvə təsisatı yer altı tunellərə küçürülüb 

M.Arif