Dünya 09:31 25.06.2022

İranın təyyarə sənayesi çökür: Köhnələn ABŞ texnikası, çatışmayan ehtiyat hissəsləri

İran Aviasiya Təşkilatı ölkənin hava donanmasının köhnəldiyini və əlverişli şəratdə olmadığı üçün ölkənin əksər təyyarələrinin köhnəlməsi və ehtiyt hissələrinin olmadığı səbəbindən artıq istifadəyə yaramadığı və yararsızlıq ərəfəsində olduğunu bildirib.

Qaynarınfo bu barədə "Iranintl" saytına istindən xəbər verir.

İran İslam Respublikası Hava Yollarının baş direktoru Məhəmməd Məhəmmədi bu sözləri deyib və əlavə edib: "Şirazdan Dubaya uçan təyyarə uçuşun başlamasından sonra texniki nasazlıq səbəbindən cümə günü (24 iyun) Şiraz hava limanına qayıdıb”.

 Vurğulanır ki, son bir həftədə beş uçuş, o cümlədən Məşhəd-Yəzd, Təbriz-İstanbul-Tehran-Ciroft, Qeşm-Tehran və Ciddə-Məşhəd uçuşları texniki nasazlıqlar səbəbindən ləğv olunub.

Qeyd edilir ki, İranın sərnişin təyyarələrinin çoxu inqilabdan əvvəl Amerikanın "Boeing” və Avropanın "Airbus” şirkətlərindən alınıb və bu son 40 il müddət ərzində ABŞ-ın sanksiyaları səbəbindən bu park modernləşdirilməyib, eləcə də təmir və həmçinin ehtiyat hissələri təmin edilməyib.

M.Arıf