Siyasət 10:39 30.05.2023

İsrail Prezidenti Azərbaycana gəldi (YENİLƏNİB)

İsrail Dövlətinin Prezidenti İsxaq Hersoq mayın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Qaynarinfo xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İsrail Prezidenti İsxaq Hersoqu və xanımı Mixal Hersoqu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
 
08:02

İsrail Prezidenti İsxaq Hersoq Azərbaycana səfərə yola düşüb.

Qaynarinfo  xəbər verir ki, bu barədə İsrail prezidenti tvitter səhifəsində paylaşım edib.

O, Prezident İlham Əliyevə səmimi dəvətə görə təşəkkür edib.