Dünya 18:32 26.01.2023

İsrailli hərbi ekspert Rusiyanın yaxın gələcək üçün əsas - hiyləgər planını açdı (VİDEO)

Hərbi analitik və İsrail Müdafiə Qüvvələrinin zabiti Yiqal Levin Radio NV-yə müsahibəsində Rusiya Baş Qərargahının yaxın gələcək üçün əsas planından danışıb.

Qaynarinfo xəbər verir ki, Levin bu barədə "Radio NV"də açıqlama verib.

"Rusiya Baş Qərargahı Ukraynanın öz ehtiyat qüvvələrindən istifadə etməsini istəyir. Yəni onlar yaxşı bilirlər ki, Ukrayna əks-hücum üçün həmlə, mexanikləşdirilmiş briqadalar yaradır, hazırlayır. Onlar bir çox sahələrdə cəbhədə gərginlik və böyük irəliləyiş, böyük strateji hücuma keçəcəklərinin illüziyasını yaratmaq istəyirlər ki, Ukrayna bu bölmələrdən istifadə etsin. Bu, onların əsas vəzifəsidir”, deyə Levin qeyd edib.

Onun sözlərinə görə, bu baş verərsə, Rusiyanın təşəbbüsü ələ keçirdiyi və Ukraynanın buna uyğunlaşdığı ortaya çıxacaq. Hərbi ekspert əmindir ki, Ukraynanın bu vəziyyətdə vəzifəsi əks-hücum üçün hazırlanan ehtiyatlardan istifadə etmədən Rusiyanın hücumlarının qarşısını almaqdır.

Levin qeyd edib ki, bunun üçün Ukraynanın "yerlərdə öz yanğınsöndürmə komandaları - cəbhədə vəziyyətin gərgin olduğu, düşmənin haradasa cəbhəni yarıb keçə bilməsi ehtimalı və imkanı olan situasiyalara cavab verməli olan bölmələr olmalıdır”.

"Müharibə şəraitində olan bir ölkənin həmişə iki ordusu olmalıdır. Bir ordu cəbhəni saxlayır, ikinci ordu arxada olmalı və hücuma hazırlaşmalıdır. Cəbhəni saxlayanlar əks hücuma keçmirlər. Taktiki müstəvidə, təbii ki, əks-hücuma keçə bilərlər. Qlobal, strateji səviyyədə bu, yeni, təchiz edilmiş, hazırlanmış bölmələrlə həyata keçirilməlidir. Rusiya Federasiyası Silahlı Qüvvələrinin vəzifəsi Ukraynanı ikinci ordusundan istifadə etməyə məcbur etməkdir", deyə israilli hərbi analitik bildirir.

Xatırladaq ki, keçən həftə "Agence France-Presse" (AFP), bir qrup jurnalistə danışan Ağ Ev administrasiyasının yüksək vəzifəli rəsmisinə istinadən yazırb ki, Birləşmiş Ştatlar böyük yaz hücumuna daha çox şəxsi heyət hazırlamaq üçün Kiyevə qoşunlarını Baxmutdan çıxarmağı təklif edir

Vaşinqton hesab edir ki, Ukrayna nəyin bahasına olursa-olsun, Baxmutu qorumağa diqqət etməməli və onu saxlamamalıdır. Nəşrin həmsöhbətinin fikrincə, diqqəti Baxmuta yönəltmək Kiyevə daha vacib işdə - geniş yaz hücumu hazırlamaqda mane olur. Rəsmi hesab edir ki, məhz bu, ölkənin cənubunda rus işğalına qarşı böyük uğur əldə etməyə imkan verəcək.

Nizami Bağırov