Dünya 12:27 16.11.2022

İstanbulda terror törədən qadının yeni görüntüləri yayıldı (VİDEO)

Noyabrın 13-də Türkiyənin İstanbul şəhərinin Taksim meydanında terror törədən qadının yeni görüntüləri yayılıb.

Qaynarinfo "TRT Haber”ə istinadən xəbər verir ki, görüntülərdə terrorçu Ahlam Albashırın Taksim meydanına gəlməyi və bombanı yerləşdirdikdən sonra hadisə yerindən uzaqlaşdığı əks olunub.

Təhlükəsizlik kameralarına düşən görüntülərdən terrorçunun çiynində çanta, əlində isə paket olub.

Çadra ilə üzünü gizlətməyə çalışan terrorçu yerli saatla 15:29-da kafenin qarşısında görünüb. Sonra isə yaxınlıqdakı oturacaqların birində əyləşib.

Hadisə noyabrın 13-də yerli vaxtla saat 16:14-də baş verib. Partlayışdan dərhal sonra qadın qaçmağa başlayıb.

Terrorçunun saat 16:17-də bir hotelin qarşısından keçdiyi də təhlükəsizlik kameralarına düşüb.

Qeyd edək ki, terror hadisəsi nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Türkiyənin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, terror aktını törədən Ahlam Albashır saxlanılıb. O, PKK terror qruplaşması ilə əlaqəli olduğunu etiraf edib.