Dünya 18:45 08.01.2023

İsveçin baş naziri Türkiyənin tələblərini qeyri-mümkün adlandırdı

İsveçin baş naziri Ulf Kristersson bildirib ki, Türkiyə hakimiyyəti NATO-ya üzv olmaq üçün tələblər irəli sürür, ölkəsi isə buna nail ola bilmir. Eyni zamanda o, sonda Türkiyənin ölkəsinin NATO-ya daxil olmasına razılıq verəcəyinə əminliyini ifadə edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb

"Türkiyə bizim söz verdiyimizi yerinə yetirdiyimizi təsdiqləyir, eyni zamanda bizim verə bilməyəcəyimizi və ya vermək istəmədiyimizi istəyir”, deyə İsveçin baş naziri "Xalq və müdafiə” konfransında deyib.

Dekabrda Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib ki, İsveç Türkiyə tərəfi ilə NATO-ya daxil olmaq üçün əldə etdiyi razılaşmaları hələ də yerinə yetirməyib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç Ali Məhkəməsinin FETÖ təşkilatı üzvünün ekstradisiya tələbini rədd etdiyinə diqqət çəkib. İsveç və Finlandiya parlamentlərinin sədrləri 2023-cü ilin yanvarında Türkiyə ilə NATO-ya üzvlük məsələsini müzakirə etməlidirlər.

Nizami Bağırov