Dünya 16:42 29.06.2022

İsveçin PKK-çı deputatı Türkiyə ilə razılaşmanı ölkəsi üçün “qara gün” adlandırdı

Bu, İsveç xarici siyasəti üçün qara gündür. 

Qaynarinfo Devdiscourse saytına istinadla xəbər verir ki, bu sözləri İsveçin kürd əsilli deputatı Əminə Kakabaveh deyib.
 
Qərar İsveçin kürd əsilli deputatı Əminə Kakabavehin İsveç hökümətini tənqid etməsinə səbəb olub. 

Türkiyə iki İsveç və Finlandiya ilə anlaşdığı saziş çərçivəsində bu iki ölkədən 33 "terror" şübhəlisinin ekstradisiyasını tələb edəcəyini bildirib. 

İsveç və Finlandiya isə Türkiyənin terror şübhəlilərinin deportasiyası və ya ekstradisiya tələblərini tez bir zamanda həll etmək barədə razılığa gəldiklərini bildiriblər. 

Müstəqil millət vəkili və Sosial Demokrat hökumətinin parlament səsvermələrində dəfələrlə arxalandığı keçmiş kürd döyüşçü Əminə Kakabaveh Türkiyə ilə razılaşmanın "İsveç xarici siyasəti üçün qara gün" olduğunu deyib.

"Bu, həm də bu ölkəyə sığınan və burada sığınacaq axtaran, ancaq indi İsveçin onların əsas hüquqlarını satdığı üçün artıq özlərini təhlükəsiz hiss etməyən insanlarda böyük stres yaradır", - Əminə deyib. 

O, xarici işlər naziri Lindenin razılaşmanı izah etmək üçün parlamentin xarici əlaqələr komitəsinin qarşısına çıxmalı olduğunu deyib. O, həmçinin tələblərinin yerinə yetməyəcəyi təqdirdə hökuməti etimadsızlıq təşəbbüsü irəli sürməklə hədələyib.

Ancaq belə bir addımın uğur qazanacağı ehtimalı azdır, çünki əksər parlamentarilər ölkənin NATO üzvlüyünü dəstəkləyir. 

Əminə Kakabaveh 2021-ci ildə indiki Anderson hökumətinin qurulması üçün ehtiyacı olan 1 səsin sahibidir. Bu səslə kürd əsilli deputat Anderson hökuməti ilə YPG və PKK-ya dəstək üçün razılaşma əldə etmişdi. 

Nurlan Hüseynov