Dünya 19:43 28.05.2023

İtaliya 15 milyon doza COVID-19 peyvəndini məhv edəcək

İtaliyada ən azı 15 milyon doza koronavirus peyvəndi məhv ediləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "La Repubblica” nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, utilizasiya peyvəndlərin istifadə müddəti bitdiyinə, eləcə də dərmanların köhnəlməsinə görə həyata keçiriləcək.

Qeyd edilib ki, əczaçılıq şirkətləri payıza qədər vaksinlərin yeni versiyalarını buraxmağa hazırlaşır.