Ölkə 16:56 13.12.2022

Jurnalistin kassasiya şikayəti qismən təmin edildi

Xalq.az və Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin direktoru olan Zaur Mirzəzadənin kassasiya şikayəti qismən təmin edilib. 

Bu barədə Qaynarinfo-ya Zaur Mirzəzadənin vəkili Kamran Musayev məlumat verib. 

Onun sözlərinə görə, Ali Məhkəmənin qərarı ilə iş Bakı Apellaysiya Məhkəməsinə qaytarılıb: "Bizim kassasiya şikayətimizdə Zaur Mirzəzadəyə bəraət verilməsi istənilmişdi. Çünki birinci instansiya, yəni, Bakı Ağır Cinayətlər Məhkəməsi onun barəsində bəarət hökmü çıxarmışdı. Lakin sonradan Bakı Apellaysiya Məhkəməsi birinci instansiyanın hökmünü ləğv edərək, Zaur Mirzəzadəni 5 il azadlıqdan məhrum edib. Biz bu hökmü qanunsuz hesab edirik. Ona görə də Ali Məhkəməyə kassasiya şikayəti təqdim etmişdik. Dekabrın 7-də Ali Məhkəmənin hakimi Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə Bakı Apellyasiya Məhkəməsinin 17 may 2022-ci il tarixli qərarının Zaur Mirzəzadəyə aid olan hissəsi ləğv edilirək, işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib”.

Kamran Musayev əlavə edib ki, Zaur Mirzəzadə ganahsızdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin bu dəfə işə ədalətli baxacağına ümid böyükdür.

Seyid