Ölkə 11:28 11.11.2022

Kamran Əliyevdən yüksək vəzifələrə təyinat

Prokurorluq orqanlarında yeni kadr təyinatı baş tutub.

Qaynarinfo-nun Manset.az-a istinadən məlumatına görə, bu barədə Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. 

Respublika Baş Prokurorun əmri ilə Sumqayıt hərbi prokurorunun müavini, ədliyyə mayoru Nağıyev Rəşad İlyas oğlu tutduğu vəzifədən azad edilərək, Hərbi Prokurorluğun Təşkilat və İcraya nəzarət şöbəsinə prokuror təyin olunub.

Kamran Əliyevin digər əmri ilə Bakı Hərbi Prokurorluğunun böyük müstəntiqi, ədliyyə mayoru Əliyev Elmir Həsən oğlu tutduğu vəzifədən azad olunaraq, Rəşad Nağıyevin yerinə təyin edilib.