İdman 23:38 12.05.2023

Keçmiş futbolçu PSJ-ni Messiyə görə tənqid etdi: "Onun qarşısında papağını çıxarmalısan"

Məşhur futbolçu PSJ-ni Messiyə görə tənqid etdi: "Onun qarşısında papağını çıxarmalısan"

Argentina millisinin keçmiş futbolçusu Karlos Tevez PSJ-ni Messiyə görə tənqid edib.

Qaynarinfo-nun məlumatına görə, veteran futbolçu bir müddət öncə Səudiyyə Ərəbistanına icazəsiz getdiyi üçün yaydığı üzr videosunun nə Messiyə, nə də PSJ-yə yaraşdığını bildirb. 

Tevez açıqlamasında, "Düşünürəm ki, Messi hamımıza alçaldıcı zərbə vurur. Çünki dünya çempionu olsaydım və mənə desəydilər ki, istirahət günümdə səfərə getdiyim üçün üzr istəməliyəm, Rosarioya (Messinin doğulduğu şəhər - red.) qayıdıb, içki içib orada qalardim. Amma Messi, həqiqət budur ki, klubu hər şeydən üstün tutur. Hesab edirəm ki, bu halda sən onun qarşısında papağını çıxarmalısan. Gəldiyi ilk andan onun qayğısına qalmadılar. Bu belədir” - sözlərini söyləyib.

Messi, 2021-ci ildə maliyyə çətinlikləri ilə üzləşdiyinə görə, "Barselona"dan, PSJ-yə keçib və orada oynadığı müddətdə bir çox hallarda Paris klubunun tərəfdarlarının tənqidi ülə üzləşib.

Səbuhi Həsənov