Ölkə 15:07 10.06.2023

Kərəm Məmmədov vəfat etdi

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Arxeologiya və etnoqrafiya" kafedrasının müdiri, dosent Kərəm Məmmədov vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə sosial mediada paylaşım edilib.

Qeyd edək ki, Kərəm Məmmədov 1965-ci il fevral ayının 22-də Dmanisi rayonunun (1947-ci ilə qədər Başkeçid) Gəyliyən kəndində anadan olub. O, 2019-cu ilin aprelində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin arxeologiya və etnoqrafiya kafedrasının müdiri vəzifəsinə seçilib, həmin il "Əməkdar müəllim" adını alıb. Kərəm Məmmədov çox sayda elmi əsərin müəllifidir.