Dünya 18:02 21.01.2023

Kipr alman “Leopard”ı müqabilində Ukraynaya T-80U tankları göndərməyə hazırdır

Cənubi Kipr alman "Leopard”ı müqabilində Ukraynaya Sovet istehsalı olan T-80U tanklarını göndərməyə hazır olduğunu açıqlayıb. Cənubi Kiprdə təxminən 82 belə tank var.

Qaynarinfo xəbər verir ki, bu barədə "RBC-Ukrayna” "Army Recognition”a istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, yazda ABŞ hökuməti Cənubi Kiprdən Ukraynanı anbarda olan sovet texnikası ilə təmin etməyi xahiş edib. Söhbət TOR-M1 və S-300 zenit-raket komplekslərindən, həmçinin T-80U tanklarından, BMP-3 piyadaların döyüş maşınından, Mi-35 qırıcılarından və helikopterlərdən gedir. Kipr Almaniya hökumətinə bildirib ki, "Leopard 2” tankları müqabilində sovet tanklarından imtina etməyə hazırdır. Şolts bu təklifə hələ də cavab verməyib. 

Cənubi Kiprdə tankların artıq xidmətində olan Yunanıstandan gəlməsini istəyirlər. Yunanıstan arsenalında 1980-ci illərdə istehsal olunmuş 170 ədəd "Leopard 2A” və 183 ədəd "Leopard 2A4GR” tankı var, lakin onlar hazırda modernləşmə prosesindədir.

Yunanıstan da öz növbəsində Türkiyə ilə vəziyyətin gərginləşməsi fonunda ordusunun zəifləməməsi üçün əvəzində daha yeni "Leopard 2”lər almaq istəyir.

Nizami Bağırov