Dünya 12:26 25.01.2023

Kolumbiya Sovet silahlarını Ukraynaya verməkdən imtina etdi

Kolumbiya və ABŞ Sovet istehsalı olan Kolumbiya silahlarının Ukraynaya təhvil verilməsini müzakirə ediblər, lakin Boqota bu təklifi rədd edib. 

Qaynarinfo "Kommersant”a istinadən xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro məlumat verib.
 
Onun sözlərinə görə, Cənubi Amerika ölkəsində yerləşən sovet avadanlığı yararsız vəziyyətdədir və texniki xidmət göstərilmir. Prezident əlavə edib ki, Kolumbiya "tərəf tutmur”, lakin sülh tərəfdarıdır.

"Buna görə də, bizim ərazimizdə olan texnikanın vəziyyətindən asılı olmayaraq bir dənə də olsun Rusiya texnikası bu münaqişədə istifadə edilməyəcək”, - deyə Qustavo Petro mətbuat konfransında bildirib. 

O qeyd edib ki, Latın Amerikası və Karib Hövzəsi Dövlətləri Birliyinin (CELAC) Buenos-Ayresdə keçirilən sammitində Ukrayna məsələsi qaldırılıb. Kolumbiya prezidenti qeyd edib ki, sonda hansı blokun qalib gələcəyinə "stavka etməyə” dəyməz, ancaq sülh tələb olunmalıdır.

Yanvarın 19-da ABŞ-ın Cənub Komandanlığının rəhbəri general Lora Riçardson bildirib ki, Birləşmiş Ştatlar Kuba, Venesuela, Nikaraqua və adı açıqlanmayan altı başqa ölkə ilə Rusiya silahlarının Ukraynaya tədarükü məsələsini müzakirə edir. Onun sözlərinə görə, Vaşinqton bu ölkələrin Rusiya silahlarını Ukraynaya vermək istəyi müqabilində Amerika silahları ilə əvəz etməyə çalışır. Kreml vəziyyəti diqqətlə izləyir.  

Nizami Bağırov