Dünya 13:37 27.06.2022

Kolumbiyada korrida festivalında faciə - 5 ölü, 500 yaralı

Kolumbiyanın Spinal şəhərində keçirilən Koralja Korrida Buğa Festivalında tribunanın uçması nəticəsində 5 nəfər ölüb, 500-dən çox insan yaralanıb.

Qaynarinfo bu barədə "Mirror" saytına istinadən xəbər verir.

Qəzadan dərhal sonra xilasetmə əməliyyatları başlayıb, ölən və yaralananların sayının artacağı istisna edilmir.

Hadisədən sonra buğalar meydandan qaçaraq küçələrdə insanları panikaya salıb.

M.Arıf