İdman 15:16 23.09.2022

Komanda yoldaşları Ronaldoya yeni ləqəb verdi

"Mançester Yunayted"in superulduzu Kriştiano Ronaldoya komanda yoldaşları yeni ləqəb verib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, cari mövsümdə ilk qolunu Avropa Liqasında "Şerif"ə vuran 37 yaşlı futbolçu "El Bichoooo" adlandırılıb. 

Bu ləqəblə ona argentina millisinin üzvü, "Mnçester Yunayted"in yeni transfer Lisandro Martinez müraciət edib. Martinez Ronaldonun instaqramda paylaşdığı "Southempton"la oyundakı fotosunu "El Bichoooo! Kriştianonun hədəflərinin nə qədər böyük olduğunu bilirik. Onun özünəinam və komanda üçün qol vurması çox vacibdir" şərhini yazıb.

Ronaldonun yayda "Mançester Yunayted"dən ayrılacağı ilə bağlı xəbərlər dolaşır. 

Səbuhi Həsənov