İdman 14:44 03.05.2023

Komandası yarımfinalda uduzdu, özü hücuma məruz qaldı

VTB Basketbol Liqasının yarımfinalında məğlub olaraq mübarizəni dayandıran Moskva ÇSKA-sının üzvü Aleksey Şved hücuma məruz qalıb. 

Qaynarinfo-nun məlumatına görə, bu barədə klubdan rəsmi açıqlama verilib.
 
Xoşagəlməz hadisə Moskvada yaşanıb. Bir qrup xuliqan restorandan çıxan 34 yaşlı basketbolçuya hücum edib. Nəticədə yıxılaraq başından ağır xəsarət alan Şvedin təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb və polis hadisə ilə bağlı araşdırmaya başlayıb. Bu səbəbdən basketbolçunun üçüncü yer uğrunda oyunda meydana çıxa bilməyəyi nəzərə deyilir.

Rusiya klublarının THY Avropa Liqasına daxil edilməməsi səbəbindən yoluna yalnız VTB Liqasında davam edən ÇSKA, "Lokomotiv Kuban"a məğlub olub. Sözügedən çempionatda Şərqi və Şimali Avropanın bəzi klubları mübarizə aparır. Lakin Rusiya-Ukrayna müharibəsindən sonra Polşa və Estoniya təmsilçiləri liqanı boykot edərək, çıxıblar. 2021-22 mövsümündən bəri çempionatda Rusiya, Belarus və Qazaxıstan komandaları oynayır.

Səbuhi Həsənov