Ölkə 12:32 17.03.2023

Komitə sədri: "Ölkəmizdə də su qıtlığı yaranıb"

"Dünyada su ehtiyatları tükənməkdədir. Ölkəmizdə də su qıtlığı yaranıb. Xüsusilə, əkin suyuna olan tələbat artır".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zaman deyib.

Komitə sədri bildirib ki, bu gün sudan istifadəyə münasibət ümumxalq münasibətinə çevrilməlidir.
 
Qafqaz Rafiqoğlu