Dünya 13:51 26.05.2023

Krasnodarda partlayış: Bəzi mənbələr Ukraynanın hücum etdiyini yazır (VİDEO)

Krasnodarın mərkəzində baş verən partlayışdan sonra beşmərtəbəli yaşayış binasının şüşələri qırılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə mer Yevgeni Naumov "Telegram" kanalında bildirib.

Həmçinin, onun sözlərinə görə, yaxınlıqdakı fərdi evdə dam örtüyü zədələnib. Naumov əlavə edib ki, fövqəladə hallar xidmətlərinin işindən sonra hakimiyyət zədələnmiş binaların bərpasına başlayacaq.

Öz növbəsində, vilayətin qubernatoru Veniamin Kondratiyev öz kanalında yazıb ki, partlayışın səbəbləri araşdırılır, nəticədə ölən və yaralanan yoxdur. O, həmçinin yerli sakinləri "sakit olmağa və yalnız etibarlı məlumat mənbələrinə etibar etməyə” çağırıb.

Krasnodarda partlayış saat 5:17-də Morskaya küçəsi ərazisində baş verib. Regional əməliyyat qərargahı hadisənin səbəbini açıqlamayıb. Daha sonra Naumov bildirib ki, inzibati bina və yaşayış binası zədələnib.

Krasnodarın Geroya Yatskov küçəsi yaxınlığında avtomobilin üzərinə "naməlum qırıntıların” düşməsi barədə sosial şəbəkələrdə yayılan məlumat yalandır, regional əməliyyat qərargahı bildirib.

Bu isə "Qərargah" "Telegram" kanalında bildirilib: "Əslində bu avtomobil qəzadan sonra bir müddətdir yolun hərəkət hissəsində dayanıb".

Bundan əvvəl operativ qərargah Krasnodar şəhərinin bələdiyyə idarəetmə mərkəzinin Morskaya küçəsindən evakuasiya edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirən mesajını yenidən dərc edib.

Krasnodar sakinləri şəhərin müxtəlif nöqtələrinə partlayışların baş verdiyini bildirirlər. Hadisə şahidlərinin sözlərinə görə, ən azı iki patlayış olub. "Baza" "Telegram" yazıb ki, ilkin məlumatlara görə, səhər saat 4 radələrində hava hücumundan müdafiə qüvvələri işə düşüb.

Sosial şəbəkələrdə isə bir PUA-nın hücumunu əks etdirən video yayılıb.  

Alpər