Dünya 09:55 26.04.2023

Kreml Putin rejiminin sabitliyinin pozulmasından qorxur: ISW vacib bir detalı açıqladı

Kreml Vladimir Putin rejiminin sabitliyindən narahat olduğu üçün açıq repressiyalardan yayınır.

Qaynarinfo xəbər verir ki, bu qənaətə Müharibə Araşdırma İnstitutunun (ISW) analitikləri gəlib.
 
Qeyd olunur ki, rusiyalı ultramillətçilər Kremlin Stalin repressiyalarına qayıtmasının tərəfdarıdır və Putindən onları gücləndirəcəyini gözləyirlər. Bununla belə, Kreml Putin rejiminin sabitliyinin pozulmasından narahat olduğu üçün açıq repressiv tədbirlərdən yayınmağa davam edir.

Xüsusilə, Rusiya Federasiyası hökuməti ölkədən qaçan ruslar üçün vergilərin 13%-dən 30%-ə qədər artırılmasını nəzərdə tutan qanun layihəsini Dövlət Dumasından geri götürdü, baxmayaraq ki, ultramillətçilər Kremldən dəfələrlə "xain”in əmlakını milliləşdirməyə çağırıblar. ISW hesab edir ki, Kreml "bu cür qeyri-populyar tədbirlərin tətbiqinə tərəddüd edir”.

Ultra-millətçilər dəfələrlə açıq şəkildə Stalin repressiyalarına qayıtmağa çağırıblar. Onlar Putinin müharibəyə tamamilə sadiq qalacağı və repressiv siyasəti dəstəkləyəcəyini gözləyirdilər.

Xüsusilə, Rusiya Dövlət Dumasının "Vahid Rusiya”dan olan deputatı Andrey Qurulev bu yaxınlarda Rusiya Federasiyasında "xalq düşməni” anlayışının yenidən gündəmə gətirilməsinə çağırıb. Eyni zamanda, Qurulev etiraf edib ki, o, şəxsən Stalin repressiyalarının qaytarılmasını istəyir.

Alpər