Dünya 14:57 23.12.2022

Kreml Putinin müharibənin tezliklə başa çatması ilə bağlı sözlərini şərh etdi

Rusiya prezidenti Vladimir Putinin Ukraynada müharibəni mümkün qədər tez bitirmək istəyi ilə bağlı bu yaxınlarda verdiyi bəyanata əsasən, danışıqlar deyil, Rusiya Federasiyasının Ukraynaya qarşı müharibədə məqsədlərinə çatması nəzərdə tutulur.

Qaynarinfo Pravda.com.ua-ya istinadla xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov dekabrın 23-də keçirdiyi brifinqdə deyib.

"Bununla bağlı ilkin təmaslar (danışıqlar - red.) yoxdur. Təbii ki, istənilən münaqişə danışıqlar masası arxasında başa çatır. Söhbət, ilk növbədə, "xüsusi hərbi əməliyyatın” (Ukraynaya qarşı müharibə - red.) Rusiya Federasiyasının qarşısına qoyduğu məqsədlərə nail olmaqla tez bir zamanda başa çatmasından gedir.

Qeyd edək ki, Vladimir Putin cümə axşamı keçirdiyi mətbuat konfransında əmin edib ki, Rusiya Ukraynada müharibəni mümkün qədər tez bitirməyə çalışır, lakin ağır itkilərdən yayınmaq istəyir.

Alpər