Video 18:13 23.02.2022

Kürdəmirdə 4 500 abunəçi qazsız qaldı (VİDEO)

Bu gün saat 10:30 radələrində Kürdəmir rayonunun Muğanlı kəndində ekskovator qazıntı işləri apararkən Sığırlı Qaz Paylayıcı Stansiyadan qidalanan diametri 315 mm olan yeraltı polietilen qaz xəttini zədələyib.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, saat 13:00-dan etibarən kəmərə qazın verilişi tamamilə dayandırılıb. Zədələnmiş ərazi su olduğundan xətt 1 saatdan artıq müddətdə təzyiq altında qalıb. Uzunluğu 26 km olan xəttin zədələnməsi nəticəsində 15 kənd üzrə 4500 əhali abunəçisi və 3 sənaye obyektinin qaz təchizatı kəsilib.

Hazırda təmir bərpa işləri həyata keçirilir. Günün sonuna qədər qaz təchizatında yaranan fasilə aradan qaldırılacaq.