Ekonomiks 09:46 15.07.2022

Laçın yaylaqlarında həyat (FOTOLAR)

Kənd Təsərrüfatı Nazirliyi Laçın yaylaqlarına köç etmiş təsərrüfatların mövcud durumu ilə bağlı monitorinqlər aparır. 

Bu il Laçın yaylaqlarına ümumilikdə 239 arıçılıq təsərrüfatı köçürülüb. Təsərrüfatlar 24 kəndin ərazisində yerləşdirilib. Arı ailələrinin yaylaqlara aparılmasına may ayından start verilib, arıçı fermerlər tərəfindən yaylaqlara 15100 arı ailəsi aparılıb. 

Artıq bəzi təsərrüfatlarda ilk bal süzümü həyata keçirilib. Laçın yaylaqlarında kütləvi bal süzümünə iyul aylarının sonlarında başlanacaq.  Yaylaqların zəngin bitki örtüyü bura köç etmiş təsərrüfatlarda ən azı iki dəfə bal süzməyə imkan verir. 

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları təsərrüfatların vəziyyəti ilə tanış olub, məhsuldarlıq göstəriciləri ilə maraqlanıb, arıçı fermerlərin təkliflərini qeydə alıblar.

Monitorinqlər davam edir.