Dünya 18:42 12.08.2022

Latviya və Estoniya Çinlə əməkdaşlıq edən ölkələr qrupundan çıxdılar

Latviya və Estoniya Çin və bir sıra Şərqi və Mərkəzi Avropa ölkələrindən ibarət əməkdaşlıq qrupunu tərk ediblər.

Qaynarinfo bu barədə "Bloomberg"ə istinadən xəbər verir.

Bu iki Baltikyanı ölkənin hərəkəti Pekinin Tayvana qarşı hərbi təzyiqlərini gücləndirdiyinə görə Çini tənqid edən Qərb dövlətləri ilə üst-üstə düşür.

Latviya Xarici İşlər Nazirliyi bildirib: "Bu ölkənin "16-lar+1" qrupunda iştirakı əlverişli iqtisadi nəticələr vermədi".

Ötən il Baltikyanı ölkədə Tayvanın nümayəndəliyinin açılmasından sonra Latviya ilə Çin arasında münasibətlər soyuqlaşıb.

Qeyd edilir ki Avropa ölkələrindən bu qrupda Bolqarıstan, Xorvatiya, Çexiya, Yunanıstan, Macarıstan, Polşa, Rumıniya, Slovakiya və Sloveniya qalır.

M.Arif