Ölkə 11:59 11.11.2022

Lənkəran Məhkəməsi İsveçrədə yaşayan jurnalisti cərimələdi

Lənkəran Rayon Məhkəməsində hazırda İsveçrə Konfederasiyasında mühacirət həyatı yaşayan "Civilazerbaijan.com” saytının təsisçisi və Baş redaktoru, yazıçı-jurnalist Samir Sədaqətoğlu (Hüseynov) haqqında "Premium Hoteli”in rəhbəri Məmmədov Rasim Eldar oğlunun iddiası əsasında məhkəmə iclası keçirilib. 

Qaynarinfo xəbər verir ki, hakim Toğrul Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iddianı təmin edərək, Samir Sədaqətoğlunun əleyhinə qərar qəbul edib. Qətnaməyə əsasən, Samir Sədaqətoğlu "Premium Hotel” haqqındakı araşdırma məqaləsini saytdan çıxarmalı, iddiaçının şərəf və ləyaqətini, habelə işgüzar nüfuzunu ləkələdiyinə görə sayt vasitəsi ilə üzr istəməli və mənəvi ziyana görə 1000 manat, məhkəmə xərclərinə görə isə 120 manat iddiaçı Rasim Məmmədova ödəməlidir.   

Apelyasiya şikayətini vəkil Fariz Namazlının hazırladığını bildirən Samir Sədaqətoğlu hər şeyə rəğmən sona qədər mübarizə aparacağını, ölkədaxili məhkəmə instansiyalarında pozulmuş hüquqlarını bərpa etmək mümkün olmazsa, Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edəcəyini bildirib.