Ekonomiks 17:27 28.11.2022

Lerikdəki məşhur istirahət mərkəzi sökülə bilər (VİDEO)

Lerikdə fəaliyyət göstərən "Təbəssüm" İstirahət Mərkəzinin bir hissəsi sökülə bilər. 

Bu barədə Qaynarinfo-ya obyektin sahibi Akif Əliyev məlumat verib.

"Bizimlə müqavilə bağlamırlar. Əsas da onu gətirirlər ki, orada köhnə bir talvar var idi, onu yenidən inşa edib iki mərtəbəli kottec etmişik. Bir də çayın üstünə bir-iki daş qoyub körpü düzəltmişik. İndi bunu əsas gətirərək bizimlə müqavilə bağlamır, qanunsuz fəaliyyət göstərdiyimizi deyirlər. 

2001-ci ildə Prezdient İlham Əliyev burada olub. Bizə xeyir-dua verib. "Təbəssüm" turizm obyekti kimi siyahıya salınıb. Amma bütün bünları görməzdən gəlirlər", deyə Akif Əliyev bildirib.

Sahibkar baş verənləri məmur özbaşınalığı ilə izah edib. Akif Əliyev qeyd edib ki, hüquqi müstəvidə mübarizəsini davam etdirəcək.

Seyid