İdman 16:45 23.05.2023

Levandovski Messini arzulayır

"Barselona" ilə ilk mövsümündə La Liqada çempionluq sevinci yaşayan polşalı hücumçu Robert Levandovski Lionel Messini gələn mövsüm komanda yoldaşı kimi görmək istədiyini bildirib.

Qaynarinfo-nun məlumatına görə, Messinin Kataloniya klubuna dönəcəyi ilə bağlı iddiaları dəyərləndirən polşalı hücumçu argentinalı ulduzla oynamaq düşüncəsinin onu həyəcanlandırdığını bildirib. Messinin oyun tərzinin son illərdə dəyişdiyini ifadə edən təcrübəli futbolçu açıqlamasında, "Messi ilə Barselonada oynamaq istəyirəm. O, son illərdə oyun tərzini dəyişib. Onun kimi futbolu çox yaxşı anlayan futbolçularla oynamaq daha asandır. Messi, indi başqa cür düşünür və meydanda fərqli mövqe tutur” - sözlərini söyləyib.

Messinin "Barselona"da oynayacağı mövqe ilə bağlı sualı cavablandırarkən Levandovski Xaviyə işarə edərək, baş məşqçinin düzgün qərar verəcəyini bildirib.

Yay transfer pəncərəsində Kataloniya təmsilçisinə qoşulan Polşa millisinin üzvü meydana çıxdığı 31 oyunda vurduğu 22 qolla komandasının çempionluğuna töhfə verib. 34 yaşlı hücumçu "Barselona"da ümumilikdə 32 qol vurub.

Səbuhi Həsənov