İdman 10:51 07.06.2023

Maldini "Milan"dan getdi

"Milan" klubun direktoru Paolo Maldininin fəaliyyətinin dünəndən etibarən başa çatdığını açıqlayıb.

Qaynarinfo-nun İtaliya təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, "Qqırmızı-qaralar" Maldininin klubdakı müddətinin 5 iyun 2023-cü ildə başa çatdığı bildirilib.

Bəyanatda "Milan"ın UEFA Çempionlar Liqasına qayıtmasında və xüsusilə 2021-2022 mövsümündə A Seriyasında çempionluq qazanmasında verdiyi töhfəyə görə keçmiş futbolçuya təşəkkür edilib. Maldininin vəzifələrinin A komandasının çalışdırıcısı ilə yaxın olan insanlara tapşırılacağı bildirilib. 

İtaliya mətbuatı xeyli müddətdir ki, Maldini ilə klubun sahibi Gerri Kardinal arasında fikir ayrılığı yaşandığını yazır. Kardinalın komandanın cari mövsümdəki çıxışından razı qalmadığı bildirilsə də, Maldininin növbəti mövsüm üçün ciddi dəyişikliklər istədiyi, bu səbəbdən ayrılığın qaçılmaz olduğu yazılmışdı.

Mətbuat Milanın son açıqlamasını da "Boşanma rəsmidir” başlığı ilə açıqlayıb. Maldini ilə idman direktoru olan Rikki Massaranın da ayrılmağa yaxın olduğu bildirilib.

Milanın əfsanəvi kapitanlarından olan Maldini 1984-2009-cu illərdə davamlı olaraq qırmızı-qara forma geyindiyi müddətdə İtaliya A Seriyasında və İtaliya Superkubokunda yeddi, İtaliya Kubokununda bir, UEFA Çempionlar Liqasında beş, Avropa Superkubokunda dörd dəfə qalib olub. Aktiv futbolçu karyerasını bitirdikdən 9 il sonra 2018-ci ildə Maldini direktor kimi sabiq klubuna qayıtmışdı.

Səbuhi Həsənov