İdman 14:02 26.03.2023

Mauro İkardi: “Sabahın xeyir, Bakı” (VİDEO)

"Qalatasaray”ın argentinalı hücumçusu İkardi "Instagram” hesabında Bakıdan paylaşım edib.

Qaynarinfo xəbər verir ki, futbolçu videoya "Sabahın xeyir, Bakı” yazaraq şəhərin görüntüsünü çəkib.

Qeyd edək ki, bu gün Bakıda "Qarabağ" və Türkiyə "Qalatasaray"ı arasında xeyriyyə oyunu keçiriləcək.

Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.