Sənət 13:43 12.01.2023

Mədəniyyət Nazirliyi Səttar Bəhlulzadənin satışa çıxarılan əsərləri ilə bağlı mövqe bildirmək istəmir

Mədəniyyət Nazirliyi Xalq rəssamı Səttar Bəhlulzadənin əsərlərinin "eBay” internet mağazasında Oğuz Tolga adlı şəxs tərəfindən satışa çıxarılması ilə bağlı məsələyə münasibət bildirməkdən imtina edib.

Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova Qaynarinfo-ya açıqlamasında bildirib ki, nazirlik bu məsələ ilə bağlı mövqe bildirmək istəmir. 

Qeyd edək ki, Xalq rəssamı Səttar Bəhlulzadənin əsərləri "eBay” internet mağazasında Oğuz Tolga adlı şəxs tərəfindən satışa çıxarılıb. Səttar Bəhlulzadənin 650 əsəri 18 500 000 dollara (31 450 000 AZN) təklif olunur

Bahar Rüstəmli