Nizami rayonu, Heydər Əliyev parkında içkinin təsirindən dava salan şəxs həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 1999-cu il tarixdə Türkmənsitanda doğulan, Astara rayonunun Ərçivan kəndində qeydiyyatda olan Qüdrət (şərti) məhkəmə tərəfindən sərbəst buraxıldıqdan sonra "Go” içkisi içib və Heydər Əliyev parkında gəzərkən həmin içkinin təsiri altında nalayiq ifadələr işlədib.
Polis "Çay Saray” çay evinin yaxınlığında zahiri görünüşcə sərxoş vəziyyətdə olduğunu güman etdiyi şəxsin ucadan ünvansız nalayiq söyüşlər söydüyünü, bununla da ətrafdakı şəxsləri narahat etdiyini görüb və xidməti vəzifəsinə uyğun olaraq, həmin şəxsi nizam-intizama dəvət edib. Lakin Qüdrət "məhkəmə məni tutmayıbsa, sən də mənə heç nə edə bilməzsən” deyərək, öz əməllərinə davam etdirib, polisin qanuni tələblərinə tabe olmaqdan imtina edib. Buna görə həmin şəxsi məcburi qaydada polis şöbəsinə aparılıb, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edilib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə İnzibati Xətlar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində 20 gün müddətinə inzibati həbs tətbiq edilib.
Əhməd
Şərhlər