Mehmandarovlar nəslindən bəhs edən "Millət naminə. Əbdül Kərim bəy Mehmandarov” filminin ilk nümayişi keçiriləcək.
Bu barədə Qaynarinfo-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Tədbir iyunun 5-də Nizami Kino Mərkəzində baş tutacaq.
Filmdə Qarabağın hökmdarı İbrahimxəlil xanın mehmandarı Mirzə Əli bəy tərəfindən əsası qoyulmuş, daha sonra Şuşada və Azərbaycanın digər bölgələrində məskunlaşan Mehmandarovlardan bəhs edilir.
Bahar Rüstəmli
Şərhlər