Foto 21:53 29.05.2023

Mehriban Əliyevaya Fəxri Qara kəmər təqdim edildi (FOTOLAR)

Xəbər verdiyimiz kimi, bu gün Bakıda taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimi olub.

Qaynarinfo xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu ilə görüşüblər.

Çunqvon Çu Mehriban Əliyevaya 8-ci dan Fəxri Qara kəmər və sertifikatını təqdim edib.