Ölkə 15:22 16.08.2022

Məleykə Abbaszadə: "I qrup üzrə keçid balları artacaq"

"Bu il I qrup üzrə 600-dən yuxarı bal toplayanların sayı ötən illə müqayisədə təxminən iki dəfə artıb".

Qaynarinfo xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "ixtisas seçimi zamanı nələrə diqqət yetirməli” mövzusunda keçirilən canlı yayımda deyib.

"Bu o deməkdir ki, müəyyən ixtisaslarda keçid balları artacaq. Eyni zamanda I qrupda 300-dən yüksək bal toplayanlar dövlət sifarişli ixtisasları yaza bilər”, - o bildirib.