İdman 10:57 21.12.2022

Mərakeş millisinin üzvlərinə kral medalı verildi

Mərakeş kralı dünya çempionatındakı uğurlarına görə milli komandanın oyunçularını kral fəxri adı ilə mükafatlandırıb.

Qaynarinfo xəbər verir ki, Mərakeş kralı VI Məhəmməd Qətərdə keçirilən dünya çempionatında uğurlu çıxışlarına görə Mərakeş yığmasının üzvlərini kral medalı ilə təltif edib.

Mərakeş xəbər agentliyində yer alan xəbərə görə, Kral VI Məhəmməd paytaxt Rabatdakı Kral Sarayında təşkil olunan ziyafətdə milli komanda oyunçularını qonaq edib. Ziyafət zamanı Mərakeş kralının millinin bütün üzvlərinə medal verdiyi bildirilib.

Tarixində ilk dəfə dünya çempionatında yarımfinala çıxan və yarışı 4-cü yerlə bitirən komanda ölkədə coşqu ilə qarşılanıb. Paytaxt Rabatda milli formanı geyinmiş və Mərakeş bayrağı daşıyan minlərlə azarkeş Qətərdən qayıdan komandaya sevgilərini göstərib.

Səbuhi Həsənov