İdman 13:14 23.06.2022

Məşhur argentinalı karyerasını bitirib məşqçiliyə başladı

aArgentina millisinin sabiq üzvü Karlos Tevez məşqçiliyə başlayıb.
 
Qaynarinfo xəbər verir ki, veteran futbolçu ölkəsinin Yüksək liqasında çıxış edən "Rosario Central"a baş məşqçi təyin olunub. Aktiv karyerasını iki həftə əvvəl başa vuran futbolçu ilk məşqçilik təcrübəsini mhz bu klubda yaşayacaq. 

Klubdan verilən məlumata görə, 38 yaşlı Tevezlə birillik müqavilə imzalanıb.

Argentina millisinin formasını 76 dəfə geyinən Tevez karyerası ərzində "Boka Xuniors”, "Korintians”, "Vest Hem", "Mançester Yunayted”, "Mançester Siti”, "Yuventus” və "Şanxay Şenhua”da da oynayıb. 

"Mançester Yunayted"lə 2008-ci ildə UEFA Çempionlar Liqasının qalibi olan Tevez, 2004-cü ildə Afina Olimpiadasında Argentina yığmasında qızıl medalları boynundan asıb.
 
Səbuhi Həsənov