İdman 18:58 18.10.2022

Məşhur basketbolçu ağır günlər keçirir

NBA-nın əfsanəvi oyunçularından biri olan Dikembe Mutomboya ağır xəstəlik diaqnozu qoyulub.

Qaynarinfo xəbər verir ki, keçmiş basketbolçunun beyin xərçəngindən müalicə olunduğu bildirilir. NBA-dan verilən açıqlamada ABŞ-dan olan Konqo əsilli 56 yaşlı basketbolçunun Atlanta şəhərində müalicəyə başlanıldığı ictimaiyyətin nəzərinə çatdırılır.

Dkembe və ailəsinin məxfiilik tələbi səbəbi ilə xəstəliyin təfərrüatları açıqlanmasa da onun ən yaxşı şəkldə müalicə aldığı söylənilib. 

"Denver Nuggets", "Atlanta Hawks", "Philadelphia 76ers", "New Jersey Nets", "New York Knicks" və "Houston Rockets" kimi klublarda oynayan, karyerasında 8 dəfə NBA-nın ən yaxşısı seçilən Mutombonun 55 nömrəli forması 2015-ci ildə əbədiləşdirilib.

NBA tarixinin ən yaxşı mərkəz oyunçuları arasında göstərilən, 18 illik basketbol karyerası olan Mutombonun adı NBA-nın Şöhrət Zalında da yerləşdirilib.
 


Səbuhi Həsənov