Braziliya millisinin sabiq futbolçusu Adriano 24 gün əvvəl evlədiyi xanımdan ayrılmaq qərarına gəlib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, keçmiş futbolçunun bu addımı atmasının səbəbi eşidənləri təəccübləndirib.
40 yaşlı hücumçu noyabrın əvvəlində 25 özündən 15 yaş kiçik olan Mikaela Mesquita ilə evlənib. Toydan sonra İnstaqramda fotolarını paylaşan cütlük romantik münasibətlərə başladıqlarını açıqlayıb. Ancaq Braziliyanın "Globo" xəbər agentliyi cütlüyün ayrıldığını bildirib. Onlar bu həftəsonu dostları və ailəsi ilə birlikdə intim əyləncə məclisi təşkil etmək istəsələr də alınmayıb.
Boşanmaya səbəb Adrianonun Braziliya millisinin İsveçrə ilə oyununa baxmaq üçün dostlarının yanına getdiyi üçün Mesquita ilə mübahisə etməsi olub. Matçdan iki gün sonra evə qayıdan Adrianonu sosial mediada izləmədən çıxaran xanım onula olan şəkillərini də silib.
Üç uşaq atası olan və futbol oynadığı dönəmlərdə ən yaxşı hücumçular arasında göstərilən Adriano Braziliya millisinin heyətində 2006-cı ildə keçirilən dünya çempionatında iştirak edib.
Səbuhi Həsənov
Şərhlər