İdman 23:57 01.06.2023

Məşhur sloveniyalı ulduz karyerasını bitirəcəyi tarixi açıqladı

"Napoli"nin keçmiş futbolçusu Marek Hamşik mövsümün sonunda futbolla vidalaşacaq.

Qaynarinfo-nun məlumatına görə  hazırda Türkiyə Superliqasında "Trabzonspor"un formasını geyinən Hamşik bunu klubun bazasında keçirdiyi mətbuat konfransında açıqlayıb.

"Hər kəsə salam. Bu gün mövsümün sonunda karyeramı bitirəcəyimi bildirmək üçün buradayıq. Təbii ki, bu qərar mənim üçün asan olmadı. Ailəmlə danışdım və atanın artıq evə dönməsini istədiklərini dedilər. Mənə bu şansı verdikləri üçün oynadığım bütün klublara təşəkkür edirəm. Ailəmə və yaxın dostlarıma hər zaman yanımda olduqları üçün təşəkkür etmək istəyirəm. Mənim üçün əla səyahət oldu, indi bunun sonuna doğru gəlirəm. Son oyunlardan həzz alacağam".

2021-ci ilin yayında "Göteborq”dan "Trabzonspor”a transfer olunan slovakiyalı yarımmüdafiəçi indiyədək 64 dəfə "tünd qırmızı-mavi” formanı geyinib. Hamşik sözügedən oyunlarda 5 qol vurub və eyni sayda məhsuldar ötürməyə imza atıb. O, həmçinin "Trabzonspor"la Superliqa və Superkubokun qalibi olub. 

12 il "Napoli"də çıxış edən və klubun simvollarından olan ulduz futbolçu A Seriyası təmsilçisi ilə iki dəfə İtaliya kuboku və bir Superkuboku qazanıb. 

Səbuhi Həsənov