İdman 18:41 23.03.2023

Messi bu klubda pay sahibi ola bilər - təklif göndərilib

Qətər 2022-də dünya çempionluğunu qazanan Argentina millisinin superulduzu Lionel Messi hələ ki, PSJ-də istədiyini tapa bilmir.

Qaynarinfo xəbər verir ki, ardıcıl ikinci mövsümdür ki, Çempionlar Liqasında 1/4 finalı görmədən mübarizədən kənarlaşdırılan Fransa komandası ilə müqaviləsi mövsümün sonunda bitəcək Messiyə Devid Bekhemin sahibi olduğu MLS komandası İnter Mayamidən təklif gəlib. Hələ Paris klubu ilə müqavilə bağlamazdan əvvəl Messini heyətində görmək istəyən "İnter Mayami" rəhbərliyi mövsüm sonunda 35 yaşlı argentinalı ulduzu transfer etməyin yollarını axtarır.

MLS-də futbolçulara veriləcək maaşlarda məhdudiyyətlər olduğu üçün Lionel Messinin illik maaşını ödəyə bilməyəcək "İnter Mayami" bunun formulunu tapıb. Devid Bekhem ulduz futbolçuya klubda 5 faizlik pay təklif edib.

Bu görünməmiş təklifə hələ də cavab verməyən Messinin böyüdüyü və əfsanəyə çevrildiyi Barselonaya qayıtması da gündəmdədir.

Səbuhi Həsənov