İdman 12:10 04.06.2023

Messi bu klubdan təklif alıb - KİV

Lionel Messi ABŞ-ın "İnter Mayami" futbol klubundan rəsmi təklif alıb.

Qaynarinfo xəbər verir ki, bu barədə İspaniyanın "Marca" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Şimali Amerika Böyük Futbol Liqası (MLS) klubu 35 yaşlı forvarda 3 illik müqavilə təklif edib. Transfer baş tutsa, Messi MLS-də ən çox maaş alan futbolçu olacaq.

Daha əvvəl mətbuatda "İnter Mayami"nin Messiyə ümumilikdə 200 milyon dollarlıq müqavilə təklif etdiyi barədə məlumat yayılmışdı. 

Qeyd edək ki, PSJ şənbə günü Messinin müqavilə müddəti bitdiyi üçün mövsümün sonunda ayrılacağını açıqlayıb. Argentinalı 2021-ci ilin yayında PSJ-yə "Barselona"dan keçib. O, Paris klubunun heyətində ikiqat Fransa çempionu olub və ölkə Super Kubokununun qalibi olub.

Aydın