İdman 10:21 06.01.2023

Messi ən yaxşı seçildi

Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi 2022-ci ilin ən yaxşı idmançısı seçilib.

Qaynarinfo-nun məlumatına görə Fransanın məşhur nəşri "L'Équipe” ilin idmançısı ilə bağlı səsvermə keçirib. 36 yaşlı hücumçu səsvermədə bütün rəqiblərini qabaqlayıb.

808 səs toplayan Messi bu ada layiq görülüb. İkinci pillədə 381 səslə onun PSJ-dəki komanda yoldaşı Kilian Mbappe qərarlaşıb. İspaniyalı tennisçi Rafael Nadal isə 285 səslə üçüncü olub.

İlk "beşliy”in digər sakinləri müvafiq olaraq belçikalı velosipedçi Remko Evenepoel və niderlandlı "Formula 1” pilotu Maks Ferstappendir.

Messi ötən il Argentina yığması ilə Qətərdə keçirilən dünya çempionatının qalibi olub.
 
Səbuhi Həsənov