İdman 19:28 18.04.2023

Messi öldürmək istədiyi komanda yoldaşına öz mükafatını bağışlayıb

Argentinalı superulduz Lionel Mesi karyerası ərzində qazandığı çoxsaylı mükafatlardan birini millidəki komanda yoldaşı, hazırda icarə əsasında "Yuventus"da çıxış edən PSJ-nin futbolçusu Leandro Paredesə bağışlayıb. 

Qaynarinfo-nun məlumatına görə, bu barədə Paredes özü danışıb. Hazırda yaşadığı Turindəki evində bir jurnalistə müsahibə verən Paredes komanda yoldaşlarının imzası ilə Qətərdə keçirilən dünya çempionatdından xatirə qalan əşyalarını da nümayiş etdirib. Futbolçu, həmin əşyaların arasında yer alan Messinin 2020/21 mövsümündə qazandıəğı "Ən yaxşı futbolçu" mükafatının ona verilməsi anlarını xatırlayıb. 

Bunu necə əldə etməsi ilə bağlı sualı cavablandıran Paredes "Messi Parisə gələndə bu mükafatı mənə verməsini xahiş etmişdim. O, da xahişimi yerə salmadı", deyib.

Özünü xoşbəxt və şanslı hiss edən argentinalı futbolçu əvvəllər vəziyyətin fərqli olduğunu, bir dəfə Messinin ona bərk qəzəbləndiyini də deyib: 
"Messi, komanda yoldaşlarıma şərh bildirdiyimi eşidib çox əsəbiləşdi və məni məhv etdi. Bu pisdir. Messi sözün əsl mənasında məni öldürmək istəyirdi, ona görə də evə qayıtmaq arzusunda idim. İndi bu mövzu gündəmə gələndə danışıb gülürük, amma o zaman həqiqətən qəzəbli idi. Məni öldürmək istədiyini anladım!"

Səbuhi Həsənov