PSJ-nin superulduzu Lionel Messi çempionluq matçında "Strasburq"un qapısına vurduğu qolla daha bir rekorda imza atıb.
Qaynarinfo-nun məlumatına görə, argentinalı hücumçu karyerası ərzində meydana çıxdığı 577-ci matçında 496-cı qolunu vurub. 1:1 hesablı heç-heçədən sonra o, karyerasının 43-cü kubokunu qazanıb. PSJ isə 11-ci dəfə ölkə çempionu olub.
Messi Avropanın top beş liqasında vurduğu 496-cı qolla, Ronaldonun 495 qolluq rekordunu qırıb. O, həm də "Barselona"da birlikdə oynadığı keçmiş komanda yoldaşı Dani Alveslə qazandığı kubok sayını bərabərləşdirmiş oldu.
Bu, Messinin PSJ-dəki son qolu ola bilər. Argentinalı ulduzun mövsümün sonunda klubu tərk edəcəyi gözlənilir.
Səbuhi Həsənov
Şərhlər